Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin görüşü olacaq

bakida-azerbaycan-turkiye-ve-gurcustan-xin-rehberlerinin-gorusu-olacaq
Oxunma sayı: 945

Fevralın 18-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun, 19 fevral tarixində isə Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri David Zalkalianinin Azərbaycana rəsmi səfərləri nəzərdə tutulub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 19 fevralda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri David Zalkaliani və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə 9-cu üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.