Bakıda azyaşlı dilənməyə məcbur edilir

bakida-azyasli-dilenmeye-mecbur-edilir
Oxunma sayı: 2921

Bakının Nəsimi rayonu ərazisində qohumları tərəfindən dilənməyə məcbur edilən azyaşlı aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə  "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yazıb. O bildirib ki, azyaşlının adı Şərifov Ümid Tural oğludur və o, 5 il əvvəl də sığınacaqda olub:

“Anası bir neçə aydan sonra tapılıb gəlib uşağı aparıb. Ümidin dediyinə görə, xalasıgil onu dilənməyə, təkər qaraltmağa məcbur edib,qazancını əlindən alıb. O isə bunu etmək istəmədiyinə görə, az pul qazandığına görə döyülüb və qaçıb. Neçə vaxt küçədə yaşayıb. Bu gün Nəsimi rayonu 19-cu polis bölməsi tərəfindən azyaşlı sığınacağımıza yerləşdirilib”.

K.Ağazadə qeyd edib ki, Ümid oxumaq istəyir və dövlətin himayəsinə verilməsini istəyir.