Bakıda valideynlərinin nəzarətindən kənar qalan 4 yaşlı uşaq qazana düşüb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə iyulun 27-də paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib.
Evdə anası qazanda süd bişirərkən ətrafda oynayan 4 yaşlı Elmir Gülməmmədov ehtiyatsızlıqdan qaynar qazanın içinə düşüb. Ağır dərəcəli yanıq xəsarətləri alan uşaq xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər