Bakıda azyaşlı qız küçəyə atılıb

bakida-azyasli-qiz-kuceye-atilib
Oxunma sayı: 3068

Bakıda küçədə azyaşlı uşaq tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Xətai rayonunda polis əməkdaşları təxminən dörd yaşlı qız aşkarlayıb:

“Uşaq sığınacağımıza gətirilib. O, polislərə adının Nərgiz olduğunu deyib. Bildirib ki, onu anası küçədə qoyub və maşına minərək gedib”.