Bakıda bağlı qapı arxasında qalan şəxslər xilas edildi

bakida-bagli-qapi-arxasinda-qalan-sexsler-xilas-edildi
Oxunma sayı: 1034

Bakı şəhərinin Yasamal rayonunda 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.