Bakıda bağlı qapı arxasında qalan uşaqlar xilas edildi

bakida-bagli-qapi-arxasinda-qalan-usaqlar-xilas-edildi
Oxunma sayı: 1202

Bakı şəhərinin Səbail rayonunda 3 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.