Bakıda bal yarmarkası

bakida-bal-yarmarkasi
Oxunma sayı: 5849


“Qafqazinfo” xəbər verir ki, nazirliyin mətbuat xidmətinin məlumatına görə, sərgi-satış yarmarkasının açılışı oktyabrın 1-də saat 12.00-da olacaq.

Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını sentyabr ayının 10-dan 25-dək sənədlərlə (şəxsiyyət vəsiqəsi, arıxananın baytarlıq pasportu (şəhadətnaməsi), rayon baytarlıq idarəsindən verilmiş 2 nömrəli şəhadətnamə, yarmarkaya gətirilmiş arıçılıq məhsullarının zona baytarlıq laboratoriyasında müayinəsi haqqında ekspertiza) birlikdə yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər. Ancaq qeyd olunan müddətdə anbara təhvil verilən və respublika baytarlıq laboratoriyasında müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq.

Eyni zamanda, 2014-cü il sentyabr ayının 29-da arıçılığa həsr edilmiş seminarın keçirilməsi nəzərdə tutulur. Seminarın sonunda şəffaflığın təmin edilməsi məqsədilə yerlərin püşkatması keçiriləcəkdir. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur.