Bakıda “Balık ekmek” festivalı keçirilir - Fotolar

bakida-balik-ekmek-festivali-kecirilir
Oxunma sayı: 5907

Hazırda Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi tərəfindən Bakı EXPO Mərkəzinin qarşısında “Balık ekmek” festivalı keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. O qeyd edib ki, tədbir Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində təşkil olunub. 

Xidmət rəsmisinin sözlərinə görə, qardaş ölkədə ənənə halını alan və hər il müxtəlif regionlarda keçirilən bu tədbirin məqsədi akvakulturanın, balıqçılıq təsərrüfatlarının inkişafına dəstək vermək, eyni zamanda balıq məhsullarının istehlakını genişləndirməkdir.

Xidmət rəsmisi onu da qeyd edib ki, bu festival ölkəmizdə akvakultura şəraitində intensiv əmtəə balıqçılığının  formalaşmasının təbliğinə xidmət edir.