Bakıda baş verən dəhşətli qəzanın detalları

bakida-bas-veren-dehsetli-qezanin-detallari
Oxunma sayı: 3372

Dünən axşam saatlarında Bakıda baş verən dəhşətli qəzanın detalları məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, paytaxtın Ziya Bünyadov prospektində Bakı şəhər sakinləri – 1984-cü il təvəllüdlü Namiq Dəmirovun idarə etdiyi “Tofaş” markalı avtomobillə 1994-cü il təvəllüdlü Sadiq Qardaşxanovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Qəza nəticəsində hər iki sürücü hadisə yerində vəfat edib, S.Qardaşxanovun sərnişini, 1994-cü il təvəllüdlü C.Əhmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov rayon polis idarəsində cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Murad Əhməd