Bakıda baş verən yanğın söndürüldü - Fotolar+Yenilənib

bakida-bas-veren-yangin-sonduruldu
Oxunma sayı: 12675

Bakının Nizami rayonu ərazisində yeni tikilən obyekt yanır.

"Qafqazinfo" bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

***

FHN-nin məlumatına görə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində beşmərtəbəli binanın 3-cü mərtəbəsində (yeni tikilən kommersiya təyinatlı obyekt) yanğın baş verib.

İlkin məlumata görə, yanğın təqribən 150 m² sahədə olub. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.