Bakıda yaşayış binasında yanğın olub.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 86 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Yaşayış binasının 2-ci blokunda yanğına qaz sızmasının səbəb olduğu ehtimal edilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
***
“Qafqazinfo”nun əməkdaşları hazırda hadisə yerindədirlər. Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar nazirliyinin yaydığı məlumata görə, Bakı şəhəri, Nizami rayonunda, Qara Qarayev prospektində beşmərtəbəli yaşayış binasının pilləkan qəfəsində məişət tullantıları 5 m2 sahədə yanıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
***
Nizami rayon İcra Hakimiyyətindən "Qafqazinfo"ya bildirilib ki, yanan məişət tullantıları olub və nəticədə yaxınlıqdakı su borusu yanıb. Heç bir qaz sızmasından söhbət getmir.
Son xəbərlər
Son Xəbərlər