Bakıda baxımsız qalan iki yaşlı körpə ilə bağlı - Açıqlama

bakida-baximsiz-qalan-iki-yasli-korpe-ile-bagli
Oxunma sayı: 2913

Bakının Nərimanov rayonunda iki yaşlı körpənin baxımsız qalmasını əks etdirən görüntü yayılıb.

“Qafqazinfo” məsələ barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu ilə əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında bildirib ki, məsələ barədə komitəyə məlumat daxil olub.

“Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya və Daxili İşlər Nazirliyinə müraciət etdik.

Komitə əməkdaşları uşağın yaşadığı ünvana baş çəkdi. Körpənin atası tüfeyli həyat tərzi keçirir, anası isə Belarus vətəndaşıdır.

Artıq uşaq oradan götürülüb və sığınacağa yerləşdirilib. Körpənin üzərində zorakılıq əlamətləri də var. Onun müayinələri aparılır. Hazırda dövlət nəzarətindədir”.