Bakıda Belarus vətəndaşı arvadının boğazını kəsərək öldürdü

bakida-belarus-vetendasi-arvadinin-bogazini-keserek-oldurdu
Oxunma sayı: 2977

Bakıda Belarus vətəndaşı Rusiya vətəndaşı olan arvadını öldürüb.

Bakı şəhər Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, martın 4-də saat 20:00 radələrində Belarus vətəndaşı, 1963-cü il təvəllüdlü Sahib Babayevin Nizami rayonu ərazisində faktiki nikah münasibətində olduğu, Rusiya vətəndaşı, 1985-ci il təvəllüdlü Elnara Ağarzayevanın boğaz nahiyəsindən kəsici-deşici alətlə ağır xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə zəruri ekspertizalar təyin olunub. S.Babayev şübhəli şəxs qismində istintaqa cəlb olunub.