Bakıda bələdiyyə sədri cərimələndi

bakida-belediyye-sedri-cerimelendi
Oxunma sayı: 1795

Dünən Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində məişət və digər qarışıq tulantıların qalaqlanması aşkar edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in yaydığı məlumatda deyilir.

Bildirilib ki, keçirilən müvafiq tədbirlərlə ətraf mühitin mühafizəsinə məsul olan vəzifəli şəxs müəyyən olunaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 541-ci (ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi) maddəsinin tələblərini pozduğuna görə qəsəbə bələdiyyəsinin sədri H.Hüseynov 3 min manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.