Bakıda bərbərxana yanıb

bakida-berberxana-yanib
Oxunma sayı: 1302

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 20 m² olan fəaliyyət göstərməyən bərbərxananın dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb.

"Qafqazinfo" bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - məlumatda deyilir.