Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması konsepsiyasının həyata keçirilməsinə başlanılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Şəhər İcra Hakimiyyətinin sifarişinə əsasən Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti tərəfindən Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması konsepsiyası hazırlanır. Bununla əlaqədar şirkətin nümayəndələri növbəti dəfə Bakıya gəliblər. Onların apardıqları araşdırmaların nəticələri konsepsiyanın hazırlanmasında əsas götürülüb.
Mott MacDonald şirkətinin rəhbərlərinin bildirdiyinə görə, Bakı mürəkkəb landşafta, küləkli hava şəraitinə və böyük əraziyə malik olmasına baxmayaraq şəhərin sanitar təmizliyi normal səviyyədədir.
Konsepsiya şərçivəsində artıq 3 aya yaxındır ki, Bakı şəhərində işlər gedir, 4 rayonda (Səbail, Nərimanov, Yasamal və Nəsimi) məişət tullantıları üçün yeni müasir konteynerlər qoyulub, dünəndən isə daha 3 rayona (Binəqədi, Nizami və Xətai) bu konteynerlərin verilməsinə başlanılıb.
Həyata keçirilən işlər çərçivəsində Monitorinq Mərkəzi yaradılıb.
Konsepsiyasının rəhbəri Martin Saymon bildirib ki, Bakı şəhərində 21-ci əsrin müasir tullantı idarəetməsi sistemini yaradacaqlar: “Bakıda hər il təxminən 1,5 milyon ton tullantı yaranır. Bu rəqəmlər Bakı şəhəri genişlənib inkişaf etdikcə daha da artacaq. Tullantıların düzgün yığılması, emalı və çeşidlənməsi vacib şərtdir.
Biz yeni tullantı konteynerləri və nəqliyyat vasitələri daxil olmaqla, yeni tullantı yığılması sistemlərini tədbiq etmək fikrindəyik. Bununla bərabər, Bakı sakinlərinin də tullantıları emal oluna bilən və emal oluna bilməyən tullantılara bölməsinə həvəsləndirməyə çalışırıq. Bu böyük miqdarda tullantıların poliqondan kənarlaşdırılmasına kömək edəcək. Son bir neçə ay ərzində, nəzərə çarpacaq dərəcədə inkişaf əldə edilib, yeni konteynerlər əldə edilib və sakinlərin bildirdiyinə görə bu əvvəlki konteynerlərə nisbətən böyük müsbət dəyişiklikdir və daha çox yeni konteynerlərin qoyulması işləri görülür.
İlkin araşdırmalar üçün Nərimanov rayonu seçilib. Belə ki, bu rayon həm şəhərin mərkəzində yerləşir, həm də şəhər kənarı əraziləri də əhatə edir. Buna görə də, Nərimanov rayonu ümumilikdə Bakı şəhərini təmsil edən ərazi kimi sınaqlar üçün münasib rayon kimi seçilib”.


Son xəbərlər
Son Xəbərlər