“Qafqazinfo”nun report-a istinadən məlumatına görə, yanğın Süleyman Sani Axundov küçəsində yerləşən beş mərtəbəli binanın sonuncu mərtəbəsindəki mənzillərdən birində baş verib.
"Billur" kinoteatrının yanında yerləşən binada başlayan yanğını söndürmək üçün bölgəyə FHN-nin dörd yanğın söndürmə briqadası cəlb olunub.
Hadisə yerinə Təcili Tibbi Yardım maşını da çağrılıb.
İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.
Son xəbərlər
Son Xəbərlər