Bakıda beşmərtəbəli binada yanğın - İki nəfər zəhərləndi

bakida-besmertebeli-binada-yangin
Oxunma sayı: 1279

Bakı şəhərinin Yasamal rayonunda yaşayış olmayan beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsinin bir otağında taxta qırıntıları 1 m² sahədə yanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı iki nəfər tüstüdən zəhərlənmə əlamətləri ilə təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Otaq yanğından mühafizə olunub. Yanğın söndürülüb.