“Qafqazinfo” xəbər verir ki, artıq 8-ci ildir ki, keçirilən bu ilki konfransın təşkilatçıları Böyük Britaniyanın “ConfidenceCapital” şirkəti və Bakı Ali Neft Məktəbidir. Hər il olduğu kimi bu konfrans da müasir Azərbaycanın dinamik inkişafını təmin etmiş neft strategiyasının banisi Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunub. Konfransda Xəzər regionunda karbohidrogen ehtiyatlarının hasili, nəqli və satışının mövcud vəziyyəti və yaxın perspektivləri haqqında beynəlxalq ekspertlərin və Xəzəryanı ölkələrin yanacaq-enerji komplekslərinin rəhbər işçilərinin və mütəxəssislərinin məruzələri dinləniləcək.
Konfrans həm də Azərbaycanın neft strategiyasının uğurlarının təbliğ edilməsi və mütəxəssislər arasında işgüzar əlaqələrin yaradılması üçün əlverişli platforma olacaq.
Son xəbərlər
Son Xəbərlər