Bakıda beynəlxalq turnir başladı

bakida-beynelxalq-turnir-basladi
Oxunma sayı: 764


“Qafqazinfo” xəbər verir ki, “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq məqsədi daşıyan turnir Bakı Su İdmanı Sarayının örtülü salonunda keçirilir. Yarışda Azərbaycan yığması ilə yanaşı, Macarıstan, İtaliya, Rusiya, Türkiyə, Yunanıstan, Gürcüstan və Qazaxıstan komandaları iştirak edirlər.

Turnirdə 8 komanda 2 qrupda əvvəlcə dairəvi sistem, sonra isə yerlər uğrunda mübarizə aparacaq.

Mayın 9-dək davam edəcək yarışın qalibləri medal, diplom və qiymətli hədiyyələrlə təltif olunacaq.