Bakıda binada uçqun - Fotolar

bakida-binada-ucqun
Oxunma sayı: 4636

Bakının Nərimanov rayonunda bina uçub.

"Qafqazinfo" Unikal.org-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Nazim Hacıyev 6 ünvanında qeydə alınıb. Belə ki,  4 mərtəbəli binanın 3 və 4-cü mərtəbələri uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polis cəlb olunub.

Qeyd edək ki, sözügedən bina yataqxanadır və bir hissəsində məcburi köçkünlər, digər hissəsində isə yerli sakinlər məskunlaşıb. Binanın qəzalı vəziyyətdə olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.