Bakıda binada yanğın, 10 nəfər tüstüdən zəhərləndi - Yenilənib + Video

bakida-binada-yangin-10-nefer-tustuden-zeherlendi
Oxunma sayı: 7747

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonunda Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

"Qafqazinfo"nun məlumatına görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək. 

**

Bakı şəhəri, Xətai rayonunda Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasında baş verən yanğın səbəbindən sakinlər mənzillərindən təxliyyə edilib. 

"Qafqazinfo" bildirir ki, hadisə şahidlərinin sözlərinə görə, yanğın binanın liftində başlayıb və mənzillərə keçib. 

Bir neçə evin tamamilə yandığı deyilir. 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

**

Yanğın saat 02:51 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb (yanğının yayılma təhlükəsi yoxdur).

"Qafqazinfo"nun məlumatına görə, yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub. İlkin məlumata əsasən, yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, 6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb.

**

Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

"Qafqazinfo" bildirir ki, bu barədə FHN xəbər verib.