Bakıda binada yanğın - 2 azyaşlı xilas edildi

bakida-binada-yangin
Oxunma sayı: 781

Bakıda yanğın olub.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus  ümumi sahəsi 75 m2 olan 3 otaqlı mənzilin mətbəxinin lambirdən ibarət tavanı 12 m2 sahədə və mətbəx əşyaları qismən yanıb. Yanğın zamanı iki azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.