Bakıda binada yanğın - Sakinlər təxliyyə edilib

bakida-binada-yangin
Oxunma sayı: 1681

Bakıda yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, paytaxtın Xətai rayonunda dörd mərtəbəli yaşayış binasının dəhlizində 15 p.m kabel və 1 ədəd kondisioner yanıb.

Yanğın zamanı mənzillərdən 7 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.