Bakıda binada yanğın olub

bakida-binada-yangin-olub
Oxunma sayı: 1000

Bakıda yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər  verir ki, paytaxtın Nəsimi rayonunda ümumi sahəsi 300 m² olan ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 12 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və dəhliz 3 m² sahədə yanıb.

Digər mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən xilas edilib. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​