Bakıda binada yanğın olub, zəhərlənən var

bakida-binada-yangin-olub-zeherlenen-var
Oxunma sayı: 2939

Bakıda mənzildə yanğın olub. 

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 30 m2 olan mənzilin hamam otağında 1 ədəd su qızdırıcısı yanıb, yüksək temperaturdan  plastikdən ibarət vanna əriyib. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.