Bakıda binada yanğın, sakinlər təxliyə olunub

bakida-binada-yangin-sakinler-texliye-olunub
Oxunma sayı: 2037

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının pilləkan qəfəsində quraşdırılmış elektrik lövhəsinin giriş və çıxış kabelləri yanıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Elektrik lövhəsi və yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.  Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.