Bakıda binadakı yanğın söndürüldü - Yenilənib

Bakıda binadakı yanğın söndürüldü
Oxunma sayı: 2786

Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsi ünvanında ikimərtəbəli binada yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğınsöndürmə işləri davam etdirilir.

***

Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsi ünvanında ikimərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.