Bakıda binanın damı uçdu- - Video

bakida-binanin-dami-ucdu-
Oxunma sayı: 2507


"Qafqazinfo" xəbər verir ki, bu gün günorta saatlarında Binəqədi rayonu 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən və sovet dövründən yarımçıq qalmış binanın dam örtüyü uçub.

Sakinlərin sözlərinə görə, hazırda qaçqın və məcburi köçkünlərin yaşadığı həmin binanın damını elə bina sakininin özü, Cəbrayıldan olan İsmayıl kişi  vurmuşdu. Lakin güclü külək damın uçmasına səbəb olub.

Sakinlər onlara yardım edilməsini  və aiddiyyatı strukturlardan binaya dam örtüyünün vurulmasını xahiş edirlər.