Bakıda bir gecəyə 4 intihar

bakida-bir-geceye-4-intihar-
Oxunma sayı: 652

Bakı şəhərinin Nizami rayonunun sakini də özünü asıb. Polisdən verilən məlumata görə, NZS qəsəbəsi Yavər Səfərov küçəsi 2 ünvanında yaşayan 1963-cü il təvəllüdlü Kərimov Elçin Əziz oğlu həyətdəki üzüm talvarından özünü asıb. İntihar edən 49 yaşlı kişi atası ilə birgə yaşayırmış və ailə qurmayıbmış.

Daha bir intihar hadisəsi Suraxanı rayonunda qeydə alınıb. Bülbülə qəsəbəsində 19 yaşlı Yusifov Elvin Məhəmməd oğlu siçan zəhəri içərək özünü zəhərləyib. O, xəstəxanaya çatdırılsa da, keçinib.

Qaradağ rayonunda isə 16 yaşlı İmanzadə Rəşad Fariz oğlu özünü asıb. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Ümid qəsəbəsi, 3-cü küçə ev 43-də yaşayan məktəbli yaşadığı mənzildə intihar edib. Bütün faktlarla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.