Bakıda bir qadını iki dəfə soyan Mirzə saxlanıldı - Foto

bakida-bir-qadini-iki-defe-soyan-mirze-saxlanildi
Oxunma sayı: 1312

Bakıda əvvəlcə qadına kömək edib pulunu oğurlayıb, bir neçə ay sonra quldurluq yolu ilə həmin qadının çantasını talayan şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Nəsimi rayonu M.Qaşqay küçəsi, ev 20 ünvanında yaşlı qadına qarşı quldurluq edilib. Hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini Mirzə Əliyev Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib.

Araşdırma zamanı saxlanılan şəxsin qeyd edilən hadisədən bir neçə ay əvvəl zərərçəkən qadına qarşı başqa cinayət törətdiyi də müəyyən edilib. Belə ki, Mirzə Əliyev 13 sentyabr 2019-cu il tarixində həmin qadın Nəsimi rayonundakı marketlərdən birindən çıxarkən ona əlində olan paketləri daşımağa kömək etmək adı ilə yaxınlaşıb. Paketləri evə qaldırandan sonra zərərçəkən qadın Mirzə Əliyevə su gətirmək üçün mətbəxə keçən zaman o, xanımın içərisində 2350 manat olan çantasını oğurlayaraq hadisə yerindən qaçıb. Sonuncu dəfə isə qadını bankomatdan pul çıxaran zaman görən Mirzə Əliyev onu təqib edərək binanın girişində ona hücum edib.