Bakıda birgünlük körpəni küçəyə atdılar - Video+Yenilənib

bakida-birgunluk-korpeni-kuceye-atdilar
Oxunma sayı: 2921

Bakının Lökbatan qəsəbəsində küçədən köməksiz vəziyyətdə birgünlük oğlan uşağı tapılıb. 

“Qafqazinfo”nun məlumatına görə, Oxu.az hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, uşaq tapılan zaman qutunun içərisində yorğançaya bükülmüş olub. 

Körpə tapılandan sonra xəstəxanaya aparılıb. 

Məlumatlara görə, qutu oktyabrın 17-dən 18-nə keçən gecə Lökbatan qəsəbəsindəki polis məntəqəsinin qarşısına atılıb.

Faktla bağlı araşdırma aparılır. Uşağın kim tərəfindən atıldığı məlum deyil.

***

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, küçəyə atılan 1 günlük oğlan uşağı hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Pediatriya İnstitutuna gətirilib: “Uşağın vəziyyəti ağır olub, qanı təmizlənib və bütün tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisə barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb”.