Bakıda “BMW” işıq dirəyinə çırpılıb yandı

bakida-bmw-isiq-direyine-cirpilib-yandi
Oxunma sayı: 1586

Bakının Xətai rayonunda “BMW” markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, qəza nəticəsində avtomobilin yanar hissələri yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.