Bakı Ağır Cinayətlər Məhkəməsində Yeni il bayramında paytaxtda bomba partlayışı olacağı barədə yalan məlumat verməkdə təqsirləndirilən 25 yaşlı Elmar Qasımova hökm oxunub.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə E.Qasımovun psixi xəstəlikdən əziyyət çəkdiyi qənaətinə gəlinib və o, müalicə olunması üçün 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.
İttihama görə, yanvarın 2-də saat 21.40 radələrində naməlum şəxs Səbail rayonu ərazisindəki mehmanxanalardan birinə bomba qoyulması barədə məlumat verib.
Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə bomba qoyulması barədə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini, 24 yaşlı Elmar Qasımov müəyyən edilərək saxlanılıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər