Bakıda böyük marağa səbəb olan ifalar - Fotolar+Video

bakida-boyuk-maraga-sebeb-olan-ifalar
Oxunma sayı: 3199

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı keçirilir.

“Qafqazinfo”nun məlumatına görə, iyunun 19-da festival çərçivəsində Azərbaycan Milli Konservatoriyasında konsert proqramı olub.

İranlı Mahan Mirarab gitarada, həmyerlimiz Elçin Şirinov isə pianoda ifa ediblər. Musiqçilərin çıxışı böyük maraqla qarşılanıb. 

Festival iyunun 25-dək müxtəlif konsert, simpozium və müsabiqə ilə davam edəcək.

Hüseyn Məmmədsalahov
Foto, video: Pərvin Zeynal