Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz tikili və obyektlərin, zəbt olunmuş torpaq sahələrinin hasarlarının sökülməsi, səkilərin və yol kənarlarının təmizlənməsi tədbiri başlayıb.
Bakı şəhər İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Xətai rayonunda zəbt edilən 7 ərazi aşkarlanıb, həmin yerlərdə söküntü işləri aparılıb. Belə ki, Məhəmməd Hadi və Neapol küçələrində, Ukrayna dairəsi yaxınlığında yol kənarında zəbt olunmuş torpaq sahələrinin hasarları sökülüb, ərazi tikinti materialları və məişət tullantılarından təmizlənib, ərazidə abadlıq işlərinə başlanıb.
Obyekt və tikililərin səkilərə çıxan, gediş-gəlişə mane olan və sakinlərə təhlükə yaradan hissələrinin sökülməsi aparılır. Bu işlər rayonun digər yerləri və eləcə də paytaxtın bütün rayonlarında aparılacaq.
Əsas məqsədi paytaxtın infrastrukturunu daha da təkmilləşdirərək yeniləşdirmək, şəhərimizi daha da gözəlləşdirmək, sakinlərin sosial şəraitinin daha da yaxşılaşdırmaq olan bu işlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi nəzarətə götürülüb.



Son xəbərlər
Son Xəbərlər