Bakıda böyüyən qarabağlı uşaqlar ön cəbhədə - Fotolar

bakida-boyuyen-qarabagli-usaqlar-on-cebhede-
Oxunma sayı: 2424

Bakı şəhərində fəaliyyət göstərən 5 və 48 nömrəli məcburi-köçkün məktəblərinin müəllim və sagird kollektivi Füzuli rayonunda  olublar.

“Qafqazinfo” xəbər verir ki, paytaxtda yaşayan bu məktəblərin şagirdləri müharibədən sonra yenidən bərpa olunan Horadiz şəhərində olub, burada yaradılan şərait, infrastrukturla tanış olublar. Rayon təhsil şöbəsində görüş keçirilib, səfər Novruz bayrami ərəfəsinə təsadüf etdiyindən kosa ve keçəl personajları məktəbliləri əyləndirib.

Rayon Təhsil Söbəsinin müdiri Ramella Məmmədova şagirdlərə belə maarifləndirici layihələrin mahiyyetinden söz açıb. Bildirib ki, paytaxtda məskunlaşan məcburi köçkün uşaqları da öz doğma yurd-yuvaları ilə yaxından tanış olmalı, burdakı inkişafı əyanı görməlidirlər. Sagirdlər Heydər Əliyev Mərkəzində, Bayraq Meydanında, rayon muzeyində olublar.

Həmçinin Şükürbəyli kəndində yerləşən N saylı hərbi hissəyə də baş çəkiblər. Vətənin keşiyində ayıq-sayıq dayanan hərbiçilərə bayram sovqatı gətirən uşaqlar onlara yaşıdlari tərəfindən yazılan məktubları da çatdırdılar. Hərbi hissədə konsert proqramı təşkil olunub. Sagirdlər əsgərlərlə birlikdə mahnı oxuyub, rəqs ediblər.

Vətənin keşiyində duran əsgərə məktub layihəsində fəal iştirakına görə təhsil şöbəsinin müdüri Ramella Məmmədovaya,  5 N-li məktəbin direktoru Səbinə Məmmədovaya və 48 nömrəli məktəbin direktoru Şərafət Hacıyevaya fexri fərmanlar təqdim olunub.

Sonra məktəblilər rayon İcra Hakimiyyətinin başcısı Alı Alıyevlə goruşüb. İcra başçısı Füzuli rayonu haqqında geniş məlumat verib. Prezident İlham Əliyevin bu bölgəyə səfərlərindən danışan icra başçısı deyib ki, bu, məktəblilərin məsuliyyətini də artırır və onlar təhsillərində uğur qazanmaq üçün çalışmalıdırlar.