Bakıda bu avtobuslar gecikir - Siyahı

bakida-bu-avtobuslar-gecikir
Oxunma sayı: 1714

Hazırda paytaxtın bəzi küçə və prospektlərin nəqliyyat vasitələrinin hərəkətində müşahidə sıxlıq səbəbindən bir sıra müntəzəm marşrut xətləri üzrə hərəkət intervalında gecikmələr var.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Vahid Dispetçer Mərkəzinin məlumatına əsasən, gecikmə ümumilikdə 19 müntəzəm marşrut xətti üzrə 21 avtobusda müşahidə olunur.

Qara-Qarayev prospekti Xalqlar dostluğu metrostansiyasından Neftçilər metrostansiyasına qədər 64, 15, 7A, 44, 60, 22, 11, 49, 40, 51, 81, 30 və 62 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-18 dəqiqə gecikmə müşahidə olunur.

Azadlıq prospekti-Zərifə Əliyeva küçəsi Neftçilər prospekti ilə kəsişməyə qədər Azneft dairəsi istiqamətində 10, 5, 88, 125, 127 və 18 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda isə 13-19 dəqiqə gecikmə var.