Bakıda bu avtobusların yolu dəyişdi

bakida-bu-avtobuslarin-yolu-deyisdi
Oxunma sayı: 2237

"BakuBus" MMC bayramla əlaqədar iki marşrut xəttinin istiqamətinin dəyişdirildiyi barədə məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, MMC-nin mətbuat katibi Nuridə Allahyarovanın ans press-ə verdiyi məlumata görə, mart ayının 19-u bayram tədbirləri ilə əlaqədar bəzi yollarda ictimai nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacağından “BakuBus”a məxsus 2 və 14 saylı marşrut xətləri istiqamətlərini müvəqqəti dəyişməli olacaqlar.

Belə ki, 2 saylı xətt Yusif Səfərov küçəsi ilə hərəkət edərək 28 May küçəsindən keçməklə Puşkin küçəsinə istiqamət alacaq, 14 saylı xətt isə Xocalı prospekti-Yusif Səfərov küçəsi-28 May küçəsi boyunca hərəkət edərək 28 May metro stansiyasının önünə hərəkət istiqaməti götürəcək.