Bakıda bu binalar Azərbaycan bayrağı ilə işıqlandırıldı - Fotolar+Video

bakida-bu-binalar-azerbaycan-bayragi-ile-isiqlandirildi
Oxunma sayı: 2848

Tarixi qələbənin birinci ildönümü münasibətilə 8 Noyabr - Zəfər günündə Heydər Əliyev prospektində yerləşən Milli Hidrometeorologiya Xidmətinin binasının üzərində hazırda xüsusi işıqlandırma ilə dövlətimizin qüdrətinin atributu və qələbə rəmzimiz olan Azərbaycan bayrağı proyeksiya olunur.

Bu barədə “Qafqazinfo”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova məlumat verib.

Bildirilib ki, 9 Noyabr - Bayraq Günündə də Dövlət bayrağımız binanın üzərində dalğalanacaq. Sonrakı günlərdə isə gündəlik hava məlumatları əks olunacaq.

***

Bakıda bir sıra binalar Azərbaycan bayrağı ilə işıqlandırılıb.