Bakıda bu ərazilərdə “ictimai Wi-Fi” xidməti dayandırılır

bakida-bu-erazilerde-ictimai-wi-fi-xidmeti-dayandirilir
Oxunma sayı: 3231

Bu gündən Bakıda 14 ərazidə “ictimai Wi-Fi” xidməti dayandırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bakı Telefon Rabitəsi” MMC-nin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Alidə Mustafayeva İTV-yə açıqlamasında bildirib.

O qeyd edib ki, Bakıda bəzi parklarda ödənişsiz “Wi-Fi” xidmətinin keyfiyyətinin yoxlanılması məqsədilə 2 həftə ərzində müxtəlif günlərdə və saatlarda monitorinq işləri həyata keçirilib.

“İctimai Wi-Fi” xidməti fəaliyyət göstərməyəcək ərazilər bunlardır:

 “Qış parkı”
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi
 “Sabir bağı”
 “Xaqani” bağı
 “Axundov bağı”
 “Zabitlər” parkı
 “Hüseyn Cavid” parkı
 “İzmir” parkı
 “Sahil bağı”
 “Səməd Vurğun” bağı
 “Muğan” bağı,
 “Fashion Avenue” keçəsinin ərazisi 
 “Dədə Qorqud” parkı
 Beynəlxalq Avtovağzal Kompleksinin perronu.

A. Mustafayeva, həmçinin əlavə edib ki, 3 ərazidə “ictimai Wi-Fi” xidmətinin fəaliyyətinin daha da təkmilləşdirilməsi nəzərdə tutulub. Bu ünvanlar Dənizkənarı Milli Park, Dövlət Bayraq Meydanı, Heydər Əliyev Mərkəzinin parkıdır.