Bakıda bu istiqamətlər üzrə əlavə ekspres xətlər təşkil edilir

bakida-bu-istiqametler-uzre-elave-ekspres-xetler-teskil-edilir
Oxunma sayı: 1711

Bakıda xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin təlabatının qarşılanması məqsədi ilə 5 əlavə ekspres xətt təşkil edilir.

"Qafqazinfo" Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, bu ekspres xətlər üzrə də avtobusların iş qrafiki saat 06:30-dan 21:00-a qədər olmaqla müəyyən edilib.

Ekspres xətlər qarşıdakı günlərdə mərhələ ilə fəaliyyətə başlayacaq.

 Təşkil olunacaq ekspres xətləri və istiqamətləri:

M 1 A / Q.Qarayev pros (Laçın t/m-nin qarşısı) – Gənclik m/st.

M2 A / Neftçilər m/st – Elmlər Akademiyası m/st

M 8 / Maştağa qəsəbəsi – Gənclik m/st

M 9 / Sea Breeze istirahət mərkəzi – N.Nərimanov m/st

M 10 / Mərdəkan qəsəbəsi (stansiya) –N.Nərimanov m/st.