"Qafqazinfo"nun ans-ə istinadən məlumatına görə, çimərlik mövsümünün başlanması ilə əlaqədar olaraq may ayının 15-dən start verilən montorinqlər davam edir.
Aparılan təkrar tədqiqatlar nəticəsində Səbail rayonu ərazisində olan Şıxov çimərliyi və Qaradağ rayonu ərazisində olan Sahil çimərliyi, respublikanın baş sanitar həkimin qərarı ilə vətəndaşların çimməsi üçün məqsədəuyğun sayılmayıb.
Səbəb isə bu ərazilərdə, labarator analizlər zamanı baktrioloji və taksioloji göstəricilərin normadan artıq olmasıdır. Eyni zamanda bu çimərliklər də vətəndaşların mədə-bağırsaq xəstəliklərinə tutulma ehtimalları yüksək hesab edilir.
Amma Abşeron çimərliklərində, şimal və cənub sahillərində aparılan analizlər, bu ərazidə yerləşən çimərliklərdən vətəndaşların tam səmərəli istifadəsinə imkan verir.
Bununla yanaşı Gigiyena və Epidemalogiya Mərkəzi tərəfindən məişət tullantılarının vaxtında daşınmaması, həmin ərazilərdə tez xarab olan ərzaq məhsullarının sanitar gigiyenik normalarda satışının aparılmaması və işçilərin tibbi müayinədən keçməməsilə əlaqədar olaraq bəzi sahibkarlar cərimələnib.
“Çimərlik ərazisində yerləşən istər ticarət, isrərsə də ictimai iaşə obyektlərinə mütəmadi olaraq bizim yerli şöbələrin əməkdaşları monitorinqlər hayata keçirir. Həmin ərazilərdə aşkar olunan nöqsanlarla əlaqədar lazımi tədbirlər həyata keçirirlər. Bu günə qədər ümumilikdə 14 nəfər olmaqla həm hüquqi, həm də fiziki şəxslərə qarşı cərimə tətbiq edilib”, – deyə mərkəzin şöbə müdiri Ziyəddin Kazımov bildirib.
Xatırladaq ki, bu qaydaları pozan şəxslər, İnzibati Xətalar Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, 100- 200 manat çivarında cərimə olunur. Aparılan monitorinqlər oktyabır ayının 15 kimi davam edəcək.
Son xəbərlər
Son Xəbərlər