Bakıda bu yollarda sıxlıq var - Siyahı

bakida-bu-yollarda-sixliq-var
Oxunma sayı: 907

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakıda yollarda vəziyyətlə bağlı məlumat açıqlayıb.

NİİM-dən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda Bakıda aşağıdakı yollarda sıxlıq müşahidə olunur:

1. Ziya Bünyadov prospekti, 20 Yanvar m/st-dən Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;

3. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

4. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

5. Tbilisi prospekti, 20 Yanvar m/st-dan mərkəz istiqamətində;

6. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;

7. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından Koroğlu m/st istiqamətində (dairəyə qədər);

8. Mikayıl Üseynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

9. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;

10. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

11. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

12. Abdulvahab Salamzadə küçəsi , Ziya Bünyadov prospekti istiqamətində;

13. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

14. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;

15. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər; sıxlıq müşahidə olunur.