Hazırda Qara Qarayev prospektinin “Koroğlu” metrostansiyası istiqamətində, “20 Yanvar” dairəsinin Ziya Bünyadov prospekti istiqamətində, Moskva prospektinin şəhər istiqamətində, Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti istiqamətində, Babək prospektinin mərkəz istiqamətində, Sabunçu-şəhər yolunun mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Bu barədə “Qafqazinfo”ya BNA-dan məlumat verilib. Bildirilib ki, sıxlıq səbəbindən hazırda bütün istiqamətlərdə marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var.




Son xəbərlər
Son Xəbərlər