Bakıda buzlu yola görə zəncirvari qəza baş verdi - Foto

bakida-buzlu-yola-gore-zencirvari-qeza-bas-verdi
Oxunma sayı: 3508

Paytaxtın Heydər Əliyev prospekti, Əmircan-Bülbülə döngəsində yolun buzlu olması səbəbindən bir neçə avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə “Qafqazinfo”ya NİİM-dən məlumat verilib.

Qeyd olunub ki, yolda sürüşmə ehtimalını nəzərə alaraq, mümkün qədər çox ara məsafəsi saxlanılmalı və sürət həddinə əməl edilməlidir. Bu zaman baş verə biləcək yol-nəqliyyat hadisəsindən yayınmaq mümkün ola bilər.