“Qafqazinfo” xəbər verir ki, fləşmob “Termosuma toxunma” adı altında iyul ayının 19-da saat 21:30-da Mirvari kafesinin yanında baş tutacaq. Fləşmobun əsas məqsədi şəhərin mərkəzi küçələrindəki kafelərdə çayın həddən artıq baha olması ilə əlaqədardır. Bu məsələni qabartmaq məqsədilə 19 iyul saat 21:30-da iştirakçıların hər biri özüylə bir termos və bir neçə stəkan gətirəcək. İştirakçılar əvvəlcə Bulvardakı Mirvari kafesinin yanında, sonra növbəylə digər kafelərin yanında özləri üçün çay dəsgahı quracaqlar
Son xəbərlər
Son Xəbərlər