Bakıda çəkdirdiyi fotolarla hər kəsi güldürdü

bakida-cekdirdiyi-fotolarla-her-kesi-guldurdu
Oxunma sayı: 7241

Tanınmış türkiyəli aktyor Anıl Altan da Bakıya gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqramda yazıb.

A.Altan paytaxtımızda Formula 1 üzrə Azərbaycan Qran-Prisini izləyib. 

Onun pilotlarla çəkdirdiyi fotolar böyük marağa səbəb olub.

“Bu gün çox qaçaqaçda olsam da, heç birinin xətrinə dəymədim. Məncə ikinci fotodan daha yaxşısı yoxdur”, - deyə Altan pilotlarla çəkdirdiyi fotoları şərh edib.

Aktyorun sözügedən fotoları izləyicilərini güldürüb.

Altan, həmçinin paytaxtımızı, İçərişəhəri gəzib. 

Qeyd edək ki, A. Altan aktrisa Pelin Akillə evlidir. Cütlüyün əkiz övladı var.