Bakıda Çempionlar Liqasının finalı keçirilə bilər

bakida-cempionlar-liqasinin-finali-kecirile-biler
Oxunma sayı: 2749


"Qafqazinfo" korner.az-a istinadən xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Baş katib bildirib ki, paytaxtda inşa edilmiş 68 min azarkeş tutumuna malik olan Olimpiya stadionu final qarşılaşmalarının keçirilməsi üçün əlverişli yerdir: "Biz bölgənin ən böyük stadionuna sahibik. Elə isə Çempionlar Liqası, Avropa Liqası və digər böyük yarışların final oyunları üçün bu stadionu niyə də namizədlər sırasında göstərməyək?"

Qeyd edək ki, 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin bir qrupunun oyunları Bakıda keçiriləcək.