Bakıda çimərlikdə hadisə

bakida-cimerlikde-hadise
Oxunma sayı: 832

Bakıda çimərlikdə ölüm hadisəsi baş verib. "Qafqazinfo" Lent.az-a istinadən xəbər verir ki, Türkan qəsəbəsindəki çimərlikdə 1978-ci il təvəllüdlü Arif Dadaşovun halı qəfil pisləşib.

Təcili tibbi yardım briqadası yetişincə o keçinib.
 
İlkin məlumata görə, A.Dadaşov ürək tutmasından vəfat edib.
 
Araşdırma aparılır.